Cəlilabadda yol qəzası baş verib.
Cenublu.az-ın verdiyi məlumata görə, hadisə Cəlilabad Müalicə Diaqnostika Mərkəzinin yaxınlığında qeydə alınıb. Hərəkətdə olan minik avtomobilinin çaya düşməsi nəticəsində bir neçə nəfər xəsarət alıb.
Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda yaralıların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.