Cəlilabadda ölümlə nəticələnən avtomobil qəzası baş verib.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Cenublu.az-a verilən məlumata görə, hadisə noyabrın 7-də saat 18:40 radələrində Qarazəncir kəndində baş verib. 39 yaşlı E.Mütəllimov idarə etdiyi avtomobillə köhnə Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonunun keçən hissəsində piyada 12 yaşlı Məhəmməd Qarayevi vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Araşdırma aparılır.