Cəlilabad rayonunun Sabirabad kəndi yolsuzluq problemi ilə üzləşib.
Tribunainfo.az xəbər verir ki, bu barədə kənd sakini Səxavət Məmmədov bildirib. Onun sözlərinə görə, Sabirabad kəndi II Qarabağ savaşında 5 şəhid verib. O vurğulayıb ki, hətta həmin şəhidlərin vaxtilə yaşadıqları küçələr belə bərbad vəziyyətdədir.