Cəlilabad sakini ehtiyatsızlıqdan tanışını traktorla vurub. Bu haqda məlumatı Cenublu.az bu gün, 29 iyul tarixində Report.az-a istinadən verir.
Hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb. Belə ki, sürücülük hüququ olmayan Məhəmməd Həsənov atasına məxsus traktoru irəli hərəkət etdirən zaman texnikaya qoşulmuş otbağlayan qurğunun metal hissəsi tanışı Cavid Vahabova dəyib. C.Vahabov aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.