Biləsuvarda avtobusla "Kamaz"ın toqquşması nəticəsində xəsarət alan qadın paytaxt xəstəxanalarından birinə göndərilib.
Cenublu.az xəbər verir ki, qəzada xəsarət alan Naxçıvan şəhər sakini, 1977-ci il təvəllüdlü Təhminə Ələcova Bakı şəhərinə, xəstəxanalardan birinə köçürülüb.
Qeyd edək ki, qəzada ağır xəsarət alan T. Ələcova Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində müalicə alırdı.