Biləsuvar rayonunda ağır yol qəzası baş verib.
Qafqazinfo xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun Çaylı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, minik avtomobilinin sürücüsü Pərviz Hüseynov həyatını itirib. Üç nəfər sərnişinin də öldüyü bildirilir. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.
Qeyd edək ki, qəza toy karvanında qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.
Video Telegram kanalımızda: