Biləsuvarda yük avtomobili təhlükə saçıb.
Cenublu.az xəbər verir ki, hadisə şəhər mərkəzindəki məktəbin qarşısında baş verib.
Belə ki, şagirdlər piyada keçidində hərəkətdə olan zaman yük avtomobilinin əyləc sistemində qəfildən nasazlıq yaranıb.
İdarəetməni itirən sürücü şagirdləri vurmamaq üçün maşını kənara qaçıraraq yaxınlıqdakı kafenin hasarına çırpıb.
Qəzada xoşbəxtlikdən xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.