Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
APA məlumat verir ki, hadisə rayonun Heydər Əlyev prospektində yerləşən klinikanın qarşısında qeydə alınıb. “Mercedes Vito” markalı mikroavtobus qarşıda gedən “VAZ 2106” markalı minik avtomobilinə çırpılıb.
Qəza nəticəsində maşında sıxılı vəziyyətdə qalan "VAZ-2106"-nın sürücüsü çıxarılaraq Biləsuvar Rayon mərkəzi Xəstəxanasına çatdırılıb.
Məlumata görə, Masallı sakini olan sürücü Rüstəmov Vəlihəddin Kamal oğlu klinikaya xəstə gətirib. Hadisə klinikanın həyətinə daxil olan zaman baş verib.
Faktla bağlı araşdırma aparılır.