Biləsuvar rayonunda baş verən ağır qəzada xəsarət alan şəxslərin kimliyi açıqlanıb.
Cenublu.az xəbər verir ki, qəzada xəsarət alanlar 40 yaşlı Fəzail Abbasov, 41 yaşlı Ramil Turabov, 43 yaşlı Təbriz Əliyev, 52 yaşlı Səbahəddin Abbasov və 57 yaşlı Hidayət Quliyevdir.
Xəsarət alanların Cəlilabad və Biləsuvar rayon sakinləri olduğu bildirilir.
13:40
Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Cenublu.az xəbər verir ki, hadisə köhnə Bakı-Astara magistralında, Biləsuvar rayonunun Əsgərabad kəndi ərazisində qeydə alınıb.
Hərəkətdə olan "VAZ 2115" markalı avtomobil "Mercedes" markalı minik maşını ilə toqquşub. Nəticədə 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.