Biləsuvarda yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Ağayrı kəndi ərazisində qeydə alınıb. "Hyundai" markalı minik avtomobili ilə traktor toqquşub. Nəticədə 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.