Biləsuvar rayonunda yol-nəqliyyat qəzası baş verib.
APA məlumat verir ki, hadisə İsmətli kəndində qeydə alınıb. 22 yaşlı Rəfael Cabbarlının idarə etdiyi “Mercedes-Benz” markalı minik avtomobil idarəetmədən çıxaraq yol kənarındakı dəmir boruya çırpılıb.
Nəticədə xəsarət alan sürücü Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.