Biləsuvar rayonunda baş verən ağır qəzada xəsarət alan şəxslərin kimliyi məlum olub.
Cenublu.az xəbər verir ki, qəza nəticəsində 2000-ci il təvəllüdlü Eşqin Kərimli, 1997-ci il təvəllüdlü Türkanə Kərimli, 1950-ci il təvəllüdlü Səlimixanım Əliyeva, 1995-ci il təvəllüdlü Xəyyam Quluzadə, 2019-cu il təvəllüdlü Məlahət Quluzadə, 2013-cü il təvəllüdlü Hüseyn Quluzadə, 1952-ci il təvəllüdlü Tofiq Abdullayev və 1993-cü il təvəllüdlü Gözəl Abdullayev xəsarət alıb.
*** 12:06
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Cenublu.az -ın sorğusuna cavab olaraq bildirilib ki, dekabrın 28-də saat 9.00 radələrində Biləsuvar rayonunun Arazbarı kəndi ərazisində X.Quluzadənin idarə etdiyi "Opel" markalı avtomobillə E.Kərimlinin idarə etdiyi "VAZ" markalı avtomobil toqquşub.
Nəticədə avtomobillərdə olan sərnişinlərdən Şöhlət Məmmədova, Məryəmxanım Kərimova və İlqar Kərimov ölüb, 8 nəfər isə müxtəlif bədən xəsarətləri alıb.
Araşdırma aparılır.
*** 11:05
Biləsuvarda yol nəqliyyat hadisəsi baş verib.
Cenublu.az-ın verdiyi xəbərə görə, hadisə Biləsuvar-Bəhrəmtəpə yolunda, Biləsuvar rayonunun Arazbari kəndindən keçən hissəsində qeydə alınıb.
İki nəqliyyat vasitəsinin toqquşması nəticəsində ölən və yaralananlar var. Avtomobildə olanların Astara və Beyləqan sakinləri olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.