Biləsuvar rayonunun Bəydili kəndində yaşayanlar çətinliklərlə üzləşirlər.
Cenublu.az xəbər verir ki, sakinlərin sözlərinə görə, şəhid Aydin Quluyev küçəsində yolların vəziyyəti acınacaqlıdır:
“Kəndin yollarında asfalt örtüyü yararsız vəziyyətə düşüb. Yağıntılı günlərdə isə bu ərazidə piyadaların hərəkəti üçün çətinlik yaranır.”
Sakinlər məsələyə aidiyyəti qurumların müdaxiləsini gözləyir.