Biləsuvar şəhərinin küçələrində abadlıq və təmizlik işləri aparılıb.
Cenublu.az Biləsuvar RİH-ə istinadən məlumat verir ki, şəhərin küçələrində gündəlik olaraq aparılan təmizlik işlərindən əlavə, küçələrə, yolların kənarlarına vətəndaşlar tərəfindən atılan müxtəlif adda yararsız məişət əşyaları, tullantılar, tikinti materialları və digər yöndəmsiz və istifadəsiz əşyalar toplanaraq məhv edilib.
Qeyd edək ki, adıçəkilən işlər Biləsuvar şəhər Kommunal Müəssisələr Kombinatı və “DOST” xidmətinin əməkdaşları tərəfindən görülüb.
Beləliklə, bu gün şəhid Elnur Əzizli küçəsində yaşayış olmayan həyətyanı sahəyə sakinlər tərəfindən atılaraq yaradılmış zibillik və 28 may küçəsi ilə B.Abbasov küçəsinin kəsişməsindəki ərazi təmizlənib.