Lənkəran sakinləri avtobus dayanacağında mütəmadi olaraq yaranan xoşagəlməz haldan şikayətçidirlər.
Cenublu.az xəbər verir ki, söhbət Lənkəran şəhərinin Zərifə Əliyeva küçəsində, “Unibank”ın yaxınlığındakı avtobus dayanacağından gedir.
Sakinlərin sözlərinə görə, avtobuslara minmək çətinləşib, çünki fərdi avtomobillər dayanacaqda saxlanılır: “Avtomobil səkidə saxlayır, biz harada dayanaq?”.
Dayanacaq ətrafında park edilən avtomobillər, avtobusların rahat dayanmasını və sərnişinlərin avtobusa minməsini əngəlləyir. Həmçinin, şikayətçilər bildirirlər ki, bu vəziyyət nəqliyyat sıxlığını artırır.
Sakinlər bu problemin həll olunmasını tələb edirlər.