İntensiv yağış və qardan sonra Astara rayonunun ən böyük kəndinin yolları bərbad vəziyyətə düşüb.
Cenublu.az xəbər verir ki, Şiyəkəran kəndində sel sularının axarı olmadığı üçün sular küçələrdə qalaraq gölməçələr yaradıb.
Sakinlər yayda tozdan, qışda isə qardan, sudan əziyyət çəkdiklərini bildiriblər.
Şiyəkəran kənd inzibati dairəsi üzrə icra nümayəndəsi Elşad Məcidov bildirib ki, sakinlərin hördükləri hasarlar küçəni zəbt edir deyə suyun axarı yoxdur.
O bildirib ki, yolların asfaltlanması nəzərdə tutulur. Vəsait ayrılan kimi asfaltlanma işlərinə başlanılacaq.
Ətraflı videoda: