Şəhid Şixəli Qasımov adına Astara şəhər 4 saylı tam orta məktəbinə gedən yollar neçə müddətdir ki, təmir olunmur. Bununla bağlı izləyicilərimiz Cenublu.az-a müraciət ediblər.
“Hava yağıntılı olanda uşaq məktəbə çatanda ayaqları palçıq olur. Bu da şagirdlərin və valideynlərin məktəbə gediş-gəlişini müşkülə salır. Aidiyyəti qurumlardan xahiş edirik, problemimizi həll etsinlər”, - valideynlərdən biri söyləyib.
Məsələ ilə bağlı daha öncə məlumat vermişik, lakin problem hələ də həlini tapmayıb.