Astaranın Pensər kəndində qəza nəticəsində dünyasını dəyişən Xəyalə Nəsirova ilə bağlı yeni təfərrüatlar məlum olub.
Cenublu.az xəbər verir ki, X.Nəsirova kənd ərazisində mağazaların birində ətir satıb. O, subay idi.
Xatırladaq ki, qəza ötən gün axşam saatlarında qeydə alınıb. Kənd sakini, 39 yaşlı Qismət Feyziyev idarə etdiyi “VAZ-2104” markalı minik avtomobili ilə hərəkətdə olarkən, idarəetməni itirib və piyada Xəyalə Nəsirovanı vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.