Astarada piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Cenublu.az xəbər verir ki, hadisə axşam saatlarında rayonun Pensər kəndində qeydə alınıb. Kənd sakini, 1985 - ci il təvəllüdlü Qismət Feyziyev idarə etdiyi "VAZ-2104" markalı minik avtomobili ilə hərəkətdə olarkən, idarəetməni itirib və piyada Xəyalə Nəsirovanı vurub.
Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Nəqliyyat vasitəsi yol kənarındakı internet dirəyinə çırpılaraq, dirəyi də sıradan çıxarıb.
Meyit aidiyyəti üzrə təhvil verilib.
İlkin ehtimala görə, qəzaya səbəb yağışlı hava şəraiti göstərilir.
Faktla bağlı araşdırma aparılır.