Astarada qatarın vurduğu piyada əməliyyatdan çıxıb və reanimasiya şöbəsinə yerləşdirilib.
Cenublu.az-ın verdiyi xəbərə görə, əməliyyat zamanı 34 yaşlı M.Quliyevin bir ayağının barmaqları, digər ayağının topuqdan aşağı hissəsi amputasiya olunub.
Hazırda onun müalicəsi xəstəxananın Reanimasiya şöbəsində davam etdirilir.
***
Astarada qatar piyadanı vurub.
Apa.az xəbər verir ki, hadisə Qamışoba kəndində, dəmir yolu stansiyasına yaxın ərazidə baş verib.
Astara rayonunun Şahağacı kənd sakini, 1990-cı il təvəllüdlü Məhərrəm Ağaboli oğlu Quliyev dəmir yolu xətti keçidində qatarın qarşısına çıxıb və qatar onu vurub.
Əsasən, ayaqlarından ağır travma alan şəxs Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyat edilib.
Faktla bağlı araşdırma aparılır.