Lənkərandakı mərkəzi küçələrin birində əmələ gələn çuxurlar sakinləri narahat edir. Bununla bağlı onlar bu gün, 7 noyabr tarixində Cenublu.az-a müraciət ediblər.
Söhbət Axund Mirzə Məmmədhüseyn küçəsi ilə Mirzə Ələkbər Sabir küçəsinin kəsişməsindən gedir. Sürücülər bildirirlər ki, yolda əmələ gəlmiş çuxurlar avtomobillərinə ziyan vurur. Həmçinin ərazidən keçən piyadaların üstünə su sıçrayır.
“Xahiş edirik, aidiyyəti qurumlar küçəni təmir etsinlər”, – deyə sakinlər bildiriblər.