DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Cenublu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, oktyabrın 30-da saat 19 radələrində 1988-ci il təvəllüdlü Peyman Ruşanov idarə etdiyi "DAF" markalı yük avtomobili ilə Astara rayonunun Pensər kəndi ərazisində piyada 1980-ci il təvəllüdlü Nazim Baxşiyevi vurub. Qəza nəticəsində piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Araşdırma aparılır.
***
Astarada yol-nəqliyyat hadisəsində piyada ölüb.
Cenublu.az-ın verdiyi məlumata görə, hadisə axşam saatlarında rayonun Çayoba kəndi ərazisində baş verib. Hərəkətdə olan avtomobil piyada Nazim Baxşıyevi vurub. N.Baxşiyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.