Astara rayonunun Şiyəkəran kəndini iki hissəyə ayıran Pensərçay (Təngərüdçay) üzərində yeni avtomobil körpüsü tikilib.
Cenublu.az xəbər verir ki, körpü prezident İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən qısa müddət ərzində inşa olunub. Yeni körpünün uzunluğu 35 metr, eni 10 metr təşkil edir.
Qeyd edək ki, körpü yağan intensiv yağışların yaratdığı güclü sel suları nəticəsində qəzalı vəziyyətə düşmüş, dayaqları zədələnmişdir.
İstifadəyə verilən yeni körpü 6 min nəfərə yaxın əhalinin rahat gediş-gəlişinə, yolla bağlı yaranmış problemlərin həllinə şərait yaradıb.