Masallı rayonunda ağır yol qəzası baş verib.
Unikal.az məlumat verir ki, hadisə rayonun Ərkivan qəsəbəsində qeydə alınıb.
Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində 6 nəfər xəsarət alıb. Onlar rayon xəstəxanasına çatdırılıb.
Hadisə ilə bağlı TƏBİB-dən bildirilib ki, yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 6 nəfər (kişi cinsli) Masallı Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozları qoyulan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib.
Onlardan 3 nəfər ambulator müalicə üçün evə buraxılıb. 3 nəfərin müalicəsi isə xəstəxananın Cərrahiyyə şöbəsində davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
***17:49
Masallı rayonunda ağır yol qəzası olub.
Cenublu.az xəbər verir ki, hadisə rayonun Ərkivan qəsəbəsində baş verib.
Qəza yerindən görüntüləri təqdim edirik:
