Lənkəran şəhərinin Paşa Təhməzov küçəsi baxımsız vəziyyətdədir. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 fevral tarixində verir.
Belə ki, küçənin yol örtüyündə yaranan çuxurlar, həmçinin üstü açıq qalmış xəndək avtomobillərin hərəkəti üçün çətinlik yaradır.
“Bu yol ikitərəfli hərəkət üçün nəzərdə tutulub. Amma iki avtomobil üzbəüz gəldikdə biri ya çuxura, ya da ki məcburən xəndəyə düşür. Xahiş edirik aidiyyəti qurumlardan, xəndəyin üstünü bağlasınlar və yol örtüyünə göz gəzdirsinlər”, - deyə sakinlər bildiriblər.