Cəlilabadın Cavadxan yeni yaşayış massivində əhalini narahat edən əsas problemlərdən biri küçələrin acınacaqlı vəziyyətdə olmasıdır.
Cenublu.az xəbər verir ki, sakinlərin sözlərinə görə, ərazidə müəyyən işlər görülsə də, yolların vəziyyəti hələ də qənaətbəxş deyil. Xüsusilə yağışlı havalarda küçələr keçilməz hala düşür, bu isə həm nəqliyyatın hərəkətinə, həm də piyadaların təhlükəsizliyinə ciddi çətinliklər yaradır.
Şikayətçilər problemin aradan qaldırılması üçün aidiyyəti qurumların operativ tədbirlər görməsini tələb edirlər.