Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 7 iyun tarixində Apa.az-a istinadən verir.
Hadisə Lənkəran-Boradigah yolunun Lənkəran rayonunun Vilvan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan minik avtomobili piyada, Vilvan kənd sakini, 56 yaşlı Hüseyn Yəhya oğlu Əliyevi vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.