top
Lənkərançayda sululuq artıb
29 yanvar 2026, 17:33
- ↺ +

Lənkərançayda sululuq artıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Son günlər cənub bölgəsində müşahidə olunan intensiv yağıntılardan sonra Lənkərançayda suyun səviyyəsi əhəmiyyətli dərəcədə artıb. Bu vəziyyət payız və qış aylarında su anbarlarına kifayət qədər su ehtiyatının toplanmasına imkan yaradıb.

AZƏRTAC verir ki, qarşıdakı günlərdə hava şəraiti mülayim keçərsə, dağlıq ərazilərdə toplanmış qar və buz ehtiyatlarının tədricən əriməsi nəticəsində çayda suyun həcminin daha da artacağı gözlənilir. Mövsüm ərzində dağlıq və dağətəyi ərazilərə düşən bol qar çayların qidalanmasında mühüm rol oynayıb.

Qış aylarında toplanan qar ehtiyatı yaz mövsümündə mərhələli şəkildə əriyərək çayların su balansını qoruyur, yerüstü və yeraltı su ehtiyatlarının bərpasını təmin edir. Bu isə xüsusilə kənd təsərrüfatı ilə məşğul olan əhali üçün əlverişli şərait yaradır.

Yerli sakinlərin sözlərinə görə, son günlərdə yağan qar və yağış nəticəsində Lənkərançayda suyun səviyyəsi yarım metrdən çox yüksəlib. Bu da bağ və əkin sahələrinin suvarılmasını asanlaşdırıb, fermerlərin işini xeyli yüngülləşdirib.

Mütəxəssislər qeyd edirlər ki, yağışlarla müqayisədə qar şəklində yağıntı su ehtiyatlarının formalaşması baxımından daha yaxşıdır. Qar əsasən dağlıq ərazilərdə toplanaraq yaz-yay aylarında tədricən əriməklə çayların qidalanmasını uzunmüddətli şəkildə təmin edir. Bu proses həm kənd təsərrüfatında suvarma imkanlarını genişləndirir, həm hidroenerji istehsalında sabitliyi artırır, həm də çay ekosisteminin davamlılığını qoruyur.

Ekoloq Nazim Məmmədovun sözlərinə görə, son dövrlərdə müşahidə olunan bol yağıntılar ölkə üzrə su ehtiyatlarının bərpasında mühüm rol oynayır. Yağış və qar suları çayların, su anbarlarının və yeraltı su mənbələrinin qidalanmasını gücləndirməklə yanaşı, əhalinin içməli suya tələbatının müəyyən hissəsinin qarşılanmasına da şərait yaradır. Xüsusilə dağlıq və dağətəyi ərazilərdə formalaşan qar örtüyü yaz və yay aylarında tədricən əriyərək su ehtiyatlarının davamlılığını təmin edir.

Nazim Məmmədov qeyd edir ki, bu proses kənd təsərrüfatı üçün də olduqca vacibdir. Bol su ehtiyatı əkin sahələrinin vaxtında və normal suvarılmasına imkan verir, məhsuldarlığın artmasına müsbət təsir göstərir. Fermerlər üçün su qıtlığı riskinin azalması həm iqtisadi baxımdan, həm də ərzaq təhlükəsizliyi baxımından önəmli amildir. Ekoloqun fikrincə, su ehtiyatlarının artması, eyni zamanda, hidroenerji potensialının daha səmərəli istifadəsinə, çay ekosistemlərinin qorunmasına və ümumilikdə ekoloji tarazlığın saxlanmasına xidmət edir.

"Son günlər müşahidə etdiyimiz yağıntılar su ehtiyatlarının formalaşması baxımından çox əlverişlidir. Qarın dağlıq ərazilərdə toplanması və tədricən əriməsi çayların uzunmüddətli qidalanmasını təmin edir. Bu isə həm içməli su mənbələrinin sabitliyinə, həm də kənd təsərrüfatında suvarma imkanlarının genişlənməsinə müsbət təsir göstərir. Əgər bu tendensiya davam edərsə, qarşıdakı əkin mövsümündə su qıtlığı ilə bağlı ciddi problemlərin yaşanmayacağını demək mümkündür" , - deyə Nazim Məmmədov bildirir.

Mütəxəssislər hesab edirlər ki, hazırda müşahidə olunan bu hidrometeoroloji proseslər yaz və yay aylarında ölkə ərazisində su ehtiyatlarının daha balanslı paylanmasına şərait yaradacaq, çay və su anbarlarında sululuğun sabit saxlanmasına kömək edəcək və nəticə etibarilə su çatışmazlığı riskinin əhəmiyyətli dərəcədə azalmasına mühüm töhfə verəcək.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur

Bütün xəbərlər
Bu gün, 00:01

8 noyabr 2020-ci il: Vətən müharibəsinin 43-cü günü

Bütün xəbərlər
Dünən, 17:30

Bağça müəllimlərinin işə qəbulunda rəqabət artacaq

Bütün xəbərlər
Dünən, 16:11

Cəlilabadlı jurnalist Elnur Şükürov həbs edildi

Bütün xəbərlər
Dünən, 15:15

Biləsuvarda 35 yaşlı kişinin meyiti tapılıb

Kriminal
Dünən, 14:08

Sevdiyi qıza görə cinayət törədən məktəbliyə bu cəza verildi

Bütün xəbərlər
Dünən, 13:33

Salyanda maşının vurduğu kişi komaya düşdü

Kriminal
Dünən, 12:19

Salyanlı onu əvəz etməyən iş yoldaşını döydü — MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 11:34

Lerikdə sabiq vəzifəli şəxs vəfat etdi

Bütün xəbərlər
Dünən, 10:28

"ASAN xidmət" bu tarixlərdə işləməyəcək

Bütün xəbərlər
Dünən, 09:29

Ad gününün sabahı – Zəfər günü şəhid olan igidimiz

Bütün xəbərlər
Dünən, 00:01

7 noyabr 2020-ci il: Vətən müharibəsinin 42-ci günü

Bütün xəbərlər
06 noyabr 2026, 18:01

Komandiri xilas edərkən şəhid olan igidimizin xatirəsi anılır

Bütün xəbərlər
06 noyabr 2026, 17:34

Lənkəranın mərkəzi küçəsində zibil problemi

Bütün xəbərlər
06 noyabr 2026, 16:53

Lerik sakinləri mişar daşından kəndə yol çəkirlər

Bütün xəbərlər
06 noyabr 2026, 16:15

Rusiya-Ukrayna müharibəsinə görə adam bıçaqladı - MƏHKƏMƏ

Bütün xəbərlər
06 noyabr 2026, 15:35

Neftçalanın tanınmış ziyalısı vəfat edib

Bütün xəbərlər
06 noyabr 2026, 15:00

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

Bütün xəbərlər
06 noyabr 2026, 14:22

Baytarlıq ekspertizası üçün dövlət rüsumu iki dəfə azaldılır

Bütün xəbərlər
06 noyabr 2026, 13:50

Sertifikasiyadan kəsilən yüzlərlə müəllim işlə təmin olunub

Cəmiyyət
06 noyabr 2026, 13:15

3 rayonda şagirdlərin daşınmasına 322 min manatdan çox vəsait ayrılır

Bütün xəbərlər
06 noyabr 2026, 12:30

Sabah hava necə olacaq? — PROQNOZ

Bütün xəbərlər
06 noyabr 2026, 11:55

Sabirabadın kəndləri qazsız qalıb: sakinlər ağacları yandırır

Bütün xəbərlər
06 noyabr 2026, 11:23

Sürücülük vəsiqələri ilə bağlı yeni güzəşt: Kimlər rüsum ödəməyəcəklər?

Oxşar xəbərlər