Cəlilabad rayonunun Göytəpə şəhərində yolların təmiri davam edir. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 oktyabr tarixində verir.
Belə ki, vətəndaşlar tərəfindən Göytəpə bələdiyyəsinə ödənilən vergi və rüsumlardan daxil olan vəsait hesabına Göytəpə şəhərində İ.Dadaşov küçəsinə çınqıl materialı tökülüb və xüsusi texnika vasitəsilə hamarlanaraq təmir işləri aparılıb.