Gəgiran yaşayış yeri Lənkəran rayonunun şimal-qərbində, eyniadlı kənddə yerləşir [1]. Yaşayış məskəni XIII-XVI əsrlərə aid edilir [2].
Bu ərazi geniş sahəli təpə formasındadır. Yaşayış yerinin ərazisində aparılmış qazıntı işləri zamanı burada şirli və şirsiz saxsı qab qırıqları tapılıb. Həmçinin müəyyən edilmişdir ki, yaşayış məskəni XIII-XVI əsrlərdə salınmışdır və bu günədək həmin ərazidə yaşayış davam edir. Yaşayış yerindən 300-350 metr cənub istiqamətində qədim qəbiristanlıq yerləşir, bu da bir zamanlar həmin ərazidə əhalinin yaşamasının göstəricisidir.
Gəgiran yaşayış yerindən 2 km cənub-qərbdə Olak yaşayış yeri yerləşir. O, üç tərəfdən meşə ilə əhatə olunub, şərq tərəfdən isə dağ silsiləsinə qovuşur. İlkin tədqiqatlar əsasında abidə XIV-XVII əsrlərə aid edilir [1]. Bundan əlavə, Gəgiran kəndinin ərazisində, bir neçə yaşayış yerləri də mövcüd olub: III-VIII əsrlərə aid Buyək yaşayış yeri, antik dövrə aid Şahlakon və Coda yaşayış yerləri [2].
Ədəbiyyat: