top
Hindistan səfiri Lənkəran və Lerikdə əməkdaşlıq imkanlarını müzakirə edib
11 iyun 2026, 11:00
- ↺ +

Hindistan səfiri Lənkəran və Lerikdə əməkdaşlıq imkanlarını müzakirə edib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Hindistanın Azərbaycandakı səfiri Abhay Kumar ölkənin cənub bölgəsinə səfəri çərçivəsində Lənkəran və Lerik rayonlarında bir sıra görüşlər keçirib.

Səfirlikdən apa.az-a verilən məlumata görə, səfərin məqsədi Hindistan və Azərbaycan arasında mədəniyyət, sağlamlıq, kənd təsərrüfatı və ətraf mühit sahələrində əməkdaşlığın inkişaf etdirilməsi olub.

Səfir əvvəlcə Lənkəran Tarix-Diyarşünaslıq Muzeyini ziyarət edib. Muzeyin direktoru Leyla Məcidova ilə görüş zamanı ona bölgənin zəngin tarixi-mədəni irsi və muzeyin bu irsin qorunmasındakı rolu barədə məlumat verilib.

Səfər çərçivəsində Yenee Wellness Centerdə olan diplomat mərkəzin baş həkimi Emil Hidayətli ilə görüşüb. Tərəflər Azərbaycanda ayurveda, yoqa və holistik sağlamlıq təcrübələrinin təşviqi imkanlarını müzakirə ediblər. Görüşdə Beynəlxalq Yoqa Günü ərəfəsində sağlam həyat tərzinin təşviqinin əhəmiyyəti vurğulanıb.

Abhay Kumar Lənkərandakı yaşıl çay plantasiyasını da ziyarət edərək müəssisənin sahibi və direktoru Araz Yaqubov ilə görüşüb. Görüş zamanı bölgənin çayçılıq ənənələri, müasir becərmə üsulları və çay istehsalının yerli kənd təsərrüfatındakı rolu barədə fikir mübadiləsi aparılıb. Tərəflər Hindistan və Azərbaycanın ortaq çay mədəniyyətini vurğulayaraq bu sahədə əməkdaşlıq və təcrübə mübadiləsinin genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər.

Səfir həmçinin Hirkan Milli Parkı və Xanbulan gölünü ziyarət edərək bölgənin bioloji müxtəlifliyi və təbii irsi ilə tanış olub. Səfər zamanı ərazinin ekoloji əhəmiyyəti və təbiətin qorunmasının vacibliyi diqqətə çatdırılıb.

Lerik rayonunda isə diplomat Uzunömürlülük Muzeyini ziyarət edib. Muzeyin baş kuratoru Mətanət Quliyeva qonağa muzeyin eksponatları və Lerikin uzunömürlülük ənənələri barədə məlumat verib. Talış dağlarında yerləşən rayonun beynəlxalq səviyyədə "Uzunömürlülər Diyarı" kimi tanındığı qeyd olunub.

Səfərin yekununda Abhay Kumar göstərilən qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib. O, mədəniyyət, sağlamlıq, dayanıqlı kənd təsərrüfatı, ekoturizm və ətraf mühitin mühafizəsi sahələrində Hindistan ilə Azərbaycan arasında əməkdaşlığın və insanlararası əlaqələrin daha da genişlənəcəyinə ümidvar olduğunu bildirib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur

Bütün xəbərlər
Bu gün, 00:01

8 noyabr 2020-ci il: Vətən müharibəsinin 43-cü günü

Bütün xəbərlər
Dünən, 17:30

Bağça müəllimlərinin işə qəbulunda rəqabət artacaq

Bütün xəbərlər
Dünən, 16:11

Cəlilabadlı jurnalist Elnur Şükürov həbs edildi

Bütün xəbərlər
Dünən, 15:15

Biləsuvarda 35 yaşlı kişinin meyiti tapılıb

Kriminal
Dünən, 14:08

Sevdiyi qıza görə cinayət törədən məktəbliyə bu cəza verildi

Bütün xəbərlər
Dünən, 13:33

Salyanda maşının vurduğu kişi komaya düşdü

Kriminal
Dünən, 12:19

Salyanlı onu əvəz etməyən iş yoldaşını döydü — MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 11:34

Lerikdə sabiq vəzifəli şəxs vəfat etdi

Bütün xəbərlər
Dünən, 10:28

"ASAN xidmət" bu tarixlərdə işləməyəcək

Bütün xəbərlər
Dünən, 09:29

Ad gününün sabahı – Zəfər günü şəhid olan igidimiz

Bütün xəbərlər
Dünən, 00:01

7 noyabr 2020-ci il: Vətən müharibəsinin 42-ci günü

Bütün xəbərlər
06 noyabr 2026, 18:01

Komandiri xilas edərkən şəhid olan igidimizin xatirəsi anılır

Bütün xəbərlər
06 noyabr 2026, 17:34

Lənkəranın mərkəzi küçəsində zibil problemi

Bütün xəbərlər
06 noyabr 2026, 16:53

Lerik sakinləri mişar daşından kəndə yol çəkirlər

Bütün xəbərlər
06 noyabr 2026, 16:15

Rusiya-Ukrayna müharibəsinə görə adam bıçaqladı - MƏHKƏMƏ

Bütün xəbərlər
06 noyabr 2026, 15:35

Neftçalanın tanınmış ziyalısı vəfat edib

Bütün xəbərlər
06 noyabr 2026, 15:00

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

Bütün xəbərlər
06 noyabr 2026, 14:22

Baytarlıq ekspertizası üçün dövlət rüsumu iki dəfə azaldılır

Bütün xəbərlər
06 noyabr 2026, 13:50

Sertifikasiyadan kəsilən yüzlərlə müəllim işlə təmin olunub

Cəmiyyət
06 noyabr 2026, 13:15

3 rayonda şagirdlərin daşınmasına 322 min manatdan çox vəsait ayrılır

Bütün xəbərlər
06 noyabr 2026, 12:30

Sabah hava necə olacaq? — PROQNOZ

Bütün xəbərlər
06 noyabr 2026, 11:55

Sabirabadın kəndləri qazsız qalıb: sakinlər ağacları yandırır

Bütün xəbərlər
06 noyabr 2026, 11:23

Sürücülük vəsiqələri ilə bağlı yeni güzəşt: Kimlər rüsum ödəməyəcəklər?

Oxşar xəbərlər