top
Səməd bəy Mehmandarovun əmri ilə aparılan Lənkəran əməliyyatı
12 avqust 2023, 01:49
- +

Səməd bəy Mehmandarovun əmri ilə aparılan Lənkəran əməliyyatı

Azərbaycanın cənub bölgəsində ölkənin ərazi bütövlüyünün təmin edilməsi üçün Azərbaycan Xalq Cümhuriyyətinin ordu hissələri 1919-cu ilin avqustunda Lənkəran əməliyyatını həyata keçirməyə başlayır [1]. Buna səbəb isə Cənub bölgəsinin Azərbaycanın müstəqilliyinin elan olunmasından əvvəl bolşeviklərin, sonra isə ağqvardiyaçı qüvvələrin nəzarətində olması idi [2].

1919-cu il iyulun sonu, avqustun əvvəllərində Lənkəran bölgəsinə hərbi qüvvə yeritmək imkanı yarandı. Bu məqsədlə xüsusi dəstə yaradıldı, onun komandiri general-mayor Həbib bəy Səlimov təyin edildi. 4 avqust 1919-cu ildə hərbi nazir Səməd bəy Mehmandarov Lənkərana qoşun dəstəsi göndərilməsi haqqında sənəd imzaladı. Əmrə əsasən, dəstə Hacıqabul, Salyan, Pokrovsk (Xol-Teklə), Prişib (Göytəpə) marşrutu ilə Lənkəran qəzasına doğru hərəkət etməli, bölgədə olan rus əhalisinin silahlı dəstələrini tərksilah etməli idi. Lənkəran əməliyyatının başlaması ilə əlaqədar Mehmandarov bölgədəki əhaliyə müraciət edərək, onları silahları təhvil verməyə çağırdı.

Mehmandarovun əmrinə görə, Lənkəran dəstəsinə daxil olan hissə və bölmələr 12 avqust 1919-cu ildə Hacıqabulda toplaşdılar və avqustun 14-də hərəkətə başladılar. Səlimov həmin zaman öz nümayəndələrini məntəqədəki hərbi qüvvələrin başçılarının yanına göndərdi və onları Azərbaycan hökumətini tanımağa çağırdı. 17-18 avqustda Lənkəran dəstəsi yolboyu yerləşən rus kəndlərindən 3 top və 5 pulemyot toplayaraq, Bakıya göndərdi.

Avqustun 20-də Pokrovsk kəndinin əhalisindən 2 top və 4 pulemyot alındı. Avqustun 23-də dəstə Lənkərana çatdı [1]. Avqustun sonunda Lənkəran dəstəsi xüsusi silahlı müqavimətə rast gəlmədən bölgənin rus əhalisini, polkovnik İlyaşeviçin başçılığı altında olan silahlı dəstələri tamamilə tərksilah etdi və bununla da Cümhuriyyət ordusu üçün xeyli silah və hərbi sursat əldə olundu [2]. 3 sentyabr 1919-cu ildə Lənkəran dəstəsi Hacıqabula qayıtdı. Azərbaycan milli ordusunun Lənkəran əməliyyatı nəticəsində ölkənin Cənub bölgəsində Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyəti təmin olundu [1].

Ədəbiyyat:


  1. Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyası. II cild. Bakı-2005.

  2. Mehman Süleymanov. Azərbaycan ordusu (1918-1920). Bakı-1998.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:58

Qanunsuz ovla məşğul olanlar saxlanıldı

Bütün xəbərlər
Bu gün, 17:00

Göytəpədə qanunsuz küçə ticarəti tam aradan qaldırılmayıb

Faydalı
Bu gün, 16:03

Dövlət İmtahan Mərkəzi imtahan iştirakçılarına çağırış etdi

Kriminal
Bu gün, 15:15

Boşanmaq istəyən arvadını öldürən lənkəranlı ilə bağlı QƏRAR

Bütün xəbərlər
Bu gün, 14:19

Sabirabadın adları açıqlanmayan bəzi kəndlərində qaz kəsiləcək

Bütün xəbərlər
Bu gün, 13:20

Lənkəranda sakinlər zibil problemindən şikayətçidirlər

Bütün xəbərlər
Bu gün, 12:22

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Bu gün, 11:21

Ötən ay 68 aptekdə yoxlama aparılıb, 10-da nöqsan aşkarlanıb

Bütün xəbərlər
Bu gün, 10:24

Sabirabadda restoranda ciddi nöqsanlar aşkarlandı

Bütün xəbərlər
Bu gün, 09:28

Ehtiyata buraxılan salyanlı mayor faciəvi şəkildə öldü

Kriminal
Dünən, 17:55

Sevgilisinin nənəsini bıçaqladı, bacısının qolunu sındırdı – MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 17:00

Səyyar ASAN xidmət avtobusu Cəlilabada gəlib

Kriminal
Dünən, 16:05

Sevgilisinin nənəsini bıçaqladı, bacısının qolunu sındırdı – MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 14:40

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 13:43

Yardımlıdan olan şəhidimizin ad günüdür

Bütün xəbərlər
Dünən, 12:49

Rayonlara səfər edənlərin NƏZƏRİNƏ

Bütün xəbərlər
Dünən, 11:54

Cəlilabadın 50 şəhidi ordenlə təltif olunub

Kriminal
Dünən, 10:58

Cinayətdə şübhəli bilinən 58 nəfər saxlanıldı

Bütün xəbərlər
Dünən, 10:00

Hərbi xidmətə çağırış başladı

İqtisadiyyat
Dünən, 09:02

Bu gündən Azərbaycanda kişi və qadınların pensiya yaşı bərabərləşib

Bütün xəbərlər
30 iyun 2026, 17:54

Sabah hava necə olacaq? - PROQNOZ

Bütün xəbərlər
30 iyun 2026, 16:54

Nazir Məcnun Məmmədov Lerikdə vətəndaşları bu tarixdə qəbul edəcək

Cəmiyyət
30 iyun 2026, 16:00

Lənkəranda velosipedçini "Prius"la vurub öldürənə CƏZA

İqtisadiyyat
30 iyun 2026, 15:00

Yardımlıda bu şəxslərə yeni mənzillər veriləcək

Oxşar xəbərlər