İyulun 2-də gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Cenublu.az-a verilən məlumata görə, Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal olunur. Gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə duman müşahidə ediləcək. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 17-21°, gündüz 30-35° isti, dağlıq ərazilərdə isə gecə 9-14°, gündüz 17-22°, bəzi yerlərdə 24-28° isti olacaq.