SON XƏBƏRLƏR

 

Sütəmurdov körpüsü Lənkəran rayonunun Sütəmurdov kəndində, Lənkəran çayının Xəzər dənizinə töküldüyü yerdə yerləşir [2]. Bu körpü 1929-1932-ci illərdə almanlar tərəfindən inşa edilib [1,3]. Sütəmurdov körpüsü Lənkəran şəhərinin iki hissəsini birləşdirir [3].

Bu körpü avtomobillərin hərəkəti üçün tikilib, lakin sonradan ağır nəqliyyat maşınlarının keçidi qadağan olunub və yalnız yüngül nəqliyyatın keçidinə icazə verilib [2].

Əvvəllər bu çayı keçmək üçün kolazdan (kiçik qayıq) istifadə edilirdi, lakin çaya sel gəldikdə hər iki tərəf arasında əlaqə kəsilirdi [1].

1941-ci ildə Bakı-Astara dəniz yolunun çəkilməsi ilə əlaqədar, bu körpü beton körpü ilə əvəz edilib. Sütəmurdov körpüsü 1972 və 2005-ci illərdə əsaslı təmir edilərək, ona dəmir konstruksiyalar quraşdırılıb. 1985-ci ildə əsas körpüdən 8 metr aralıqda, ona paralel olaraq, piyadalar üçün eyni adlı körpü inşa olunub [1].

Sütəmurdov körpüsü bu günə qədər durmaqdadır və hazırda istifadə olunur [2].

Ədəbiyyat:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  2. Mirhaşım Talışlı, Etibar Əhədov. Lənkəran: ensiklopedik məlumat. Bakı-2017.
  3. https://www.youtube.com/watch?v=puzbblk9EGA&t=526s
Foto Cenublu.az
Foto Cenublu.az
Foto Cenublu.az
Foto Cenublu.az