top
“Vüsal stili” ilə məşhurlaşan bərbər: Xumar Qədimova mənimlə görüşmək istəyir - ÖZƏL MÜSAHİBƏ + VİDEO
06 fevral 2025, 01:48
- +

“Vüsal stili” ilə məşhurlaşan bərbər: "Xumar Qədimova mənimlə görüşmək istəyir" - ÖZƏL MÜSAHİBƏ + VİDEO

Son dövrlər insanlara bütün sahələr üzrə çoxlu seçim şansı təqdim edilir. Seçimlərin çox olduğu dövrdə isə düzgününü, yaxşısını tapmaq müşkül məsələyə çevrilir. Amma təbii ki, seçimlər çox olsa da, öz stili ilə fərqlənən şəxslər bir addım önə keçir.

Belə insanlardan biri də “Vüsal stili” ilə məşhurlaşan masallılı Vüsal İbrahimovdur.

Cenublu.az onunla müsahibəni təqdim edir:

- Vüsal bəy, öncə oxucularımız üçün özünüzü təqdim edin.

- Vüsal İbrahimov Cavanşir oğlu. 1984-cü il oktyabrın 2-də Xırdalan şəhərində anadan olmuşam. Əslim Masallıdandı.

- Neçə ildir bərbər kimi fəaliyyət göstərirsiniz?

- 2005-ci ildən bərbər kimi fəaliyyətdəyəm, amma 2007-ci ildən bu sənətin bütün xırdalıqlarını öyrəndim. Üç dövlətdə işləmişəm: Almaniya, Rusiya və Türkiyə.

- Bərbər olmağa necə qərar verdiniz?

- Etiraf edim ki, mən futbolçu olmuşam. Həm “Neftçi”nin U-16 komandasında, həm də Azərbaycan U-16 yığmasının tərkibində oynamışam. Atam rəhmətə getdi, elə bir vəziyyət yarandı ki, futbolda qala bilmədim.   

Öz qərarımla bərbər olmağı seçdim. Bu sahəni öyrəndim, əsgərliyə yollandım. Qayıtdıqdan sonra Avropaya getdim. Orda çalışdım. 25 yaşımda ölkəyə qayıtdım və işləməyə başladım. Artıq 23 ildir ki, bu sahədəyəm və şükürlər olsun ki, tanıyanlar çoxdur.

- Ailənizdə bu sənətdə olan varmı?

- Öz ailəmdə yox. Amma babamın atası Masallıda tanınmış bərbər olub. Bundan başqa babamın xalası uşaqları da bərbər kimi işləyiblər. İndi də mən bərbərəm və gələcəkdə övladımın da bu sahəni davam etdirməsini istəyirəm.

- Şagirdləriniz varmı? Varsa, onlara “Vüsal stili”ni öyrədirsinizmi?

- Şagirdlərim var. Əlbəttə, onlara da öyrədirəm. Elə tələbələrin ən çox öyrənmək istədiyi stil odur. Deyirlər ki, ustamızın stilini öyrənirik.

- Hazırda saç ustası seçimi çoxdur. Amma siz öz mövqeyinizlə müştəri cəlb etməyi, izləyici yığmağı bacardınız. Bu "Vüsal stili" ideyası necə yaranıb?

- “Vüsal stili” adlanan saç düzümünü 2008-2009-cu ildən düzəldirəm. O zamanlar bu stilin adı “poluboks” idi. Sadəcə son dövrlər özümə məxsus olduğu, “Vüsal stili” adlandığı üçün məşhurlaşdı. Bütün dünya bu stildən danışır. Düzdü, əvvəl də düzəldirdim bu saçı, sadəcə son 3-4 aydır ki, gündəmdən düşmür.

İzləyici yığmağımın digər bir səbəbi isə heç kimdən hansısa saç stilini kopyalamamağımdı. Öz stilim var və sonacan da belə davam edəcəm.

- Paylaşdığınız videolarda fon olaraq ancaq Xumar Qədimovanın mahnıları səslənir. Deyəsən, Xumar Qədimovaya xüsusi bir sevginiz var?

- Bəli, çox xoşlayıram. Xumar xanımın mahnıları mənə xüsusi bir rahatlıq verir. İşlədiyim zaman ancaq onun ifalarını dinləyirəm. Bunu Xumar Qədimovanın özü də bilir. Mənimlə görüşmək istəyir. İnşallah, yaxın zamanda görüşümüz baş tutacaq.

 Fidan İlqar


 











View this post on Instagram























 

A post shared by Cenublu.Az (@cenublu.az)


Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:33

Cənub bölgəsində külək güclənəcək - XƏBƏRDARLIQ

İqtisadiyyat
Bu gün, 15:25

"Dairəvi Qala" 2 milyon manata bərpa olunacaq

Kriminal
Bu gün, 14:28

Neftçalada ata onu döyən oğlunu bağışladı

Bütün xəbərlər
Bu gün, 13:39

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Bu gün, 12:45

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

Bütün xəbərlər
Bu gün, 11:48

Lənkəran sahillərində mazut tullantıları narahatlıq yaradır

Bütün xəbərlər
Bu gün, 10:57

Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb

Bütün xəbərlər
Bu gün, 10:00

Cəlilabadda ev yanıb, 85 yaşlı kişi ölüb - YENİLƏNİB

Bütün xəbərlər
Bu gün, 09:04

Yardımlıda bəzi ərazilər müvəqqəti işıqsız qalacaq

Bütün xəbərlər
Bu gün, 00:01

Aprel döyüşlərindən 9 il ötür

Bütün xəbərlər
Dünən, 16:57

Aprel ayının hava proqnozu açıqlanıb

Bütün xəbərlər
Dünən, 16:00

Sabahın hava proqnozu açıqlanıb

Bütün xəbərlər
Dünən, 15:07

Masallıda ev yanıb, baba və nəvə ölüb

İdman
Dünən, 14:10

Lənkəranlı pəhləvanlar Bakı çempionatında fərqləndilər

Bütün xəbərlər
Dünən, 13:13

İki aydır axtarılan 85 yaşlı kişi ölü tapılıb

İqtisadiyyat
Dünən, 12:22

Saatlıda bu şəxslər üçün yeni mənzillər alınacaq

Bütün xəbərlər
Dünən, 11:30

DİN ötən gün aşkarlanan silah-sursatların sayını açıqladı

İdman
Dünən, 10:27

Lənkəranlı cüdoçu Polşada qızıl medal qazandı

Bütün xəbərlər
Dünən, 09:37

Gömrükdə 100 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Bütün xəbərlər
31 mart 2026, 18:03

Sabirabadlıların "limit"i bitdi: Həyat zülmətdə davam edəcək

Bütün xəbərlər
31 mart 2026, 17:04

Lerikli Jony səsini itirdi: Bütün konsertlər ləğv edildi

Bütün xəbərlər
31 mart 2026, 16:22

Səyyar "ASAN xidmət" Yardımlıda fəaliyyət göstərəcək

Kriminal
31 mart 2026, 15:31

Lənkəranda mart qırğınları: 13 ağsaqqalı niyə doğradılar?

Bütün xəbərlər
31 mart 2026, 14:41

Sabah hava necə olacaq?

Oxşar xəbərlər