Yardımlı şəhərinin Heydər Əliyev küçəsində yerləşən 108 mm-lik qaz xəttinin üzərindəki yol keçidinin hündürlüyünün artırılması ilə bağlı planlaşdırılan təmir işləri səbəbindən qaz təchizatında müvəqqəti fasilə olacaq.
Cenublu.az Lənkəran Regional Qaz İstismarı İdarəsinə istinadən xəbər verir ki, 20 may 2025-ci il tarixində saat 10:00-dan başlayaraq işlər başa çatanadək Qabaqdibi, Köryədi, Vəlixanlı, Mişkireyin və Sırıq kəndləri də daxil olmaqla ümumilikdə 730 abonentin qaz təchizatı dayandırılacaq.
Sakinlərdən qaz avadanlıqlarını nəzarətdə saxlamaları və təhlükəsizlik qaydalarına ciddi riayət etmələri xahiş olunur.
Qaz təchizatının bərpası işlərin başa çatmasından dərhal sonra təmin ediləcək.