Biləsuvar rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Cenublu.az xəbər verir ki, T.İsmayılov küçəsində yerləşən qaz xətti üzərində quraşdırılmış diametri 100 mm olan siyirtmədə aparılacaq təmir işləri ilə əlaqədar olaraq şəhərin bir hissəsində qazın verilişi dayandırılacaq.
Məlumata görə, 23 dekabr tarixində saat 14:00-dan etibarən təmir işləri yekunlaşanadək ümumilikdə 3 500 abonentin qaz təchizatı müvəqqəti olaraq məhdudlaşdırılacaq.