Masallı Elektrik Şəbəkəsinin ərazisində 35/10 kV-luq “Eminli” yarımstansiyasından çıxan 10 kV-luq 1 saylı hava xəttində təmir işləri aparılacaq.
Cenublu.az xəbər verir ki, bu səbəbdən bu gün, 9 yanvar tarixində saat 10:00-dan 12:00-dək Hacıtəpə, Həsənli, Məmmədxanlı, Şəhriyar və Təkdam kəndlərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq.
Qeyd olunur ki, təmir işləri başa çatdıqdan sonra yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.