Biləsuvar şəhəri ərazisində və rayonun bir sıra hissələrində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət olacaq.
Cenublu.az xəbər verir ki, Biləsuvar Elektrik Şəbəkəsinin ərazisində yerləşən 110/35/10 kV-luq yarımstansiyada 10 mVA gücündə transformator 20 mVA gücündə transformatorla əvəz ediləcək. Bununla əlaqədar bu gün, dekabrın 27-də saat 11:00-dan 12:30-dək elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Qeyd edək ki, təmir və gücləndirmə işləri başa çatdıqdan sonra yaşayış məntəqələri daha stabil və keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.