Yardımlıda qazın verilişində fasilə yaranacaq.
Cenublu.az Lənkəran Regional Qaz İstismarı İdarəsinə istinadən xəbər verir ki, Yardımlı şəhərinin M.Ə.Sabir küçəsində diametri 108 mm-lik orta və diametri 89 mm-lik aşağı təzyiqli qaz xətlərinin torpaqla təmasda olan hissələrinin dayaqlar üzərinə qaldırılması işləri həyata keçiriləcək.
Bununla bağlı oktyabrın 2-si saat 10.00-dan işlər başa çatanadək Yardımlı şəhəri və 5 yaşayış məntəqəsi üzrə 1300 abonentin qaz təchizatının dayandırılması planlaşdırılır.