Yardımlı rayonu üzrə ümumilikdə 170 abonentin qaz təchizatının müvəqqəti olaraq dayandırılması planlaşdırılır.
Cenublu.az xəbər verir ki, rayon ərazisində yerləşən “Yardımlı” qazpaylayıcı stansiyasından qidalanan, Z. Tağıyev küçəsi və Əsədabad məhəlləsini təbii qazla təmin edən, diametri 159 mm olan orta təzyiqli qaz kəmərində kipliyə sınaq işləri aparılacaq.
Bu səbəbdən iyulun 8-i saat 09:00-dan etibarən işlər tamamlanana qədər qaz verilişində fasilə yaranacaq.