Lənkəranın bir neçə yaşayış məntəqəsində işıqlar sönəcək
Cenublu.az xəbər verir ki, Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) Lənkəran Elektrik Şəbəkəsindən verilən məlumata görə, aparılacaq təmir işləri ilə əlaqədar sentyabrın 9-da Lənkəranın bir sıra kənd və qəsəbələrində elektrik enerjisinin verilişində fasilələr olacaq.
Belə ki, saat 10:00-dan 12:00-dək 10 kV-luq “Mis” və “3 saylı” hava xətlərindən qidalanan Xolmili, Şıxakəran, Türkəkəran, Şürük, Moğonojba, Kənarmeşə, Tütəpeştə və Seyidəkəran kəndlərində, saat 14:00-dan 16:00-dək isə 10 kV-luq “Səpnəkəran” və “2 saylı” hava xətlərindən qidalanan Aşağı Nüvədi qəsəbəsi, Viyən kəndi və Gərmətük qəsəbəsinin bir hissəsində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq.