Masallı rayonunda aparılacaq təmir işləri ilə əlaqədar olaraq qaz təchizatında məhdudiyyətlər olacaq.
Cenublu.az xəbər verir ki, Ləngan kəndində 1000 mm-lik beton kollektorun ləğvi və qaz xəttinin yerinin dəyişdirilməsi planlaşdırılır. Bu səbəbdən Təklə, Ləngan, Stansiya Masallı, Xoşçobanlı və Sığınacaq kəndlərində yaşayan təxminən 1800 abonentin qaz verilişi 30 oktyabr saat 10:00-dan etibarən dayandırılacaq.