Masallı rayonunda 4500-ə yaxın abonentə qazın verilişində fasilə yaranacaq.
Cenublu.az Lənkəran Regional Qaz İstismarı İdarəsinə istinadən xəbər verir ki, Boradigah qəsəbəsində “Təmiz qaz” QSC tərəfindən aşkar olunan yeraltı qaz sızmaları ləğv ediləcək.
Bununla əlaqədar dekabrın 6-sı saat 10:00-dan işlər yekunlaşana qədər Boradigah qəsəbəsi, Bədəlan, Babaser kəndlərində və Türkoba kəndinin bir hissəsində mavi yanacağın nəqlinin dayandırılması planlaşdırılır.