Masallıda 2100 abonent qazsız qalacaq.
Cenublu.az Lənkəran Regional Qaz İstismarı İdarəsinə istinadən xəbər verir ki, “Alvadı” QPS-dən qidalanan qaz xəttləri kipliyə yoxlanılacaq.
Bununla əlaqədar Binə Xocavar, Çaxırlı və Şərəfə kəndləri olmaqla ümumilikdə 2100 abonentin qaz təchizatı sentyabrın 10-u saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılacaq.