Masallı rayonunun Təzə Alvadı kəndində avtoqəza baş verib. Qəza nəticəsində diametri 273 mm olan boru birləşmədən qırılıb.
Cenublu.az xəbər verir ki, bu səbəbdən saat 13:30-dan etibarən təxminən 3600 abonentin qaz təminatı müvəqqəti olaraq dayandırılıb.