Bu gün Masallıda qazın verilişində fasilə yaranacaq.
Cenublu.az xəbər verir ki, rayon ərazisində yerləşən orta təzyiqli qaz xəttində baş vermiş zədələnmə nəticəsində yaranmış qaz sızmasının aradan qaldırılması məqsədilə Çaxırlı kəndində ümumilikdə 900-ə yaxın abonentin qaz təchizatı saat 11:00-dan etibarən müvəqqəti olaraq dayandırılacaq. Qazın verilişi təmir işləri başa çatdıqdan sonra bərpa olunacaq.