Masallıda mavi yanacağın verilişində fasilə yaranacaq.
Cenublu.az xəbər verir ki, Qodman və Əzizabad kəndlərinin kəsişməsində dairəvi sistem yaradılacaq. Bununla bağlı Qodman, Əzizabad və Məmmədrzaküçə kəndlərinin ümumilikdə 430-a yaxın abonentinin qaz təchizatı fevralın 3-ü saat 10:00- dan işlər yekunlaşana qədər dayandırılacaq.