Masallıda mavi yanacağın verilişində fasilə yaranacaq.
Cenublu.az Lənkəran Regional Qaz İstismarı İdarəsinə istinadən xəbər verir ki, H.Aslanov küçəsində 2 ədəd qaztənzimləyici mənbəyə birləşdiriləcək.
Bununla əlaqədar H.Aslanov küçəsinin və Ərkivan qəsəbəsinin bir hissəsi olmaqla ümumilikdə 1500-ə yaxın abonentin qaz təchizatı sentyabrın 13-ü saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılacaq.