Masallıda mavi yanacağın verilişində fasilə yaranıb.
Cenublu.az xəbər verir ki, Alvadı QPS-dən qidalanan qaz kəmərində qəza baş verib. Nəticədə Çaxırlı, Binə Xocavar, Ağakişibəyli və Şərəfə kəndlərinin ümumilikdə 2100 abonentinin qaz təminatı saat 13:05-dən dayandırılıb.